Rumıniya Rusiyanın hərbi attaşesi və köməkçisini persona non qrata elan edib


Rumıniya Rusiyanın Buxarestdəki səfirliyindəki hərbi attaşe və onun köməkçisinin diplomatik qaydaları pozduqlarına görə persona non-qrata elan edildiyini açıqlayıb.



Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiya hərbi, hava və dəniz attaşesi və köməkçisinin persona non-qrata elan edildiyi, bu şəxslərin diplomatik münasibətlərin müddəalarına zidd fəaliyyətlə məşğul olduqları bildirilib.

Açıqlamada müvafiq qərarın Rusiyaya da çatdırıldığı, lakin əlavə təfərrüatların verilmədiyi qeyd edilib.

Qeyd edək ki, Rumıniya iyulda da bir rus diplomatı persona non qrata elan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu