Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib


Burkina Faso bu ölkədə xidmət edən üç fransız diplomatı təxribat fəaliyyətinə görə persona non qrata elan edib.



Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso səlahiyyətliləri tərəfindən təxribat fəaliyyətində olduqları səbəbiylə persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrinin istəndiyini açıqlayıb.

Məsələ ilə bağlı Fransanın Vaqaduqudakı səfirliyindən hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Fransanın keçmiş müstəmləkələrindən biri olan Burkina Faso ilə münasibətlər 2022-ci il sentyabrın 30-da İbrahim Traorenin hərbi hökumətinin hakimiyyətə gəlməsindən sonra pisləşib.

Qeyd edək ki, son illərdə Burkina Faso bir çox sahələrdə Fransa ilə tərəfdaşlıq müqavilələrini ləğv etmək qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu