KİV: Makron 2026-cı ilin əvvəlində nüvə doktrinası ilə bağlı çıxış edəcək
Fransa prezidenti Emmanuel Makron 2026-cı ilin əvvəlində ölkənin nüvə doktrinasına dair bəyanatla çıxış edəcək.
AFN.az xəbər verir ki, bu barədə "Paris Match" jurnalı Fransanın dövlət başçısına yaxın mənbəyə istinadən məlumat yayıb. Jurnalın yazdığına görə, Makronun çıxışı Avropadakı nüvə çəkindirmə qüvvələrinə də toxunacaq.
“Mənbə bildirib ki, o, doktrinada müəyyən dəqiqləşdirmələr edəcəyini elan edəcək” - deyə yazan "Paris Match" prezidentin çıxışının digər detalları barədə məlumat vermir.
Nəşr xatırladır ki, Fransa hakimiyyəti ölkənin nüvə qüvvələrindən Avropa İttifaqının digər ölkələrinin müdafiəsi üçün istifadə edilməsi ideyasını araşdırır. Bununla belə, Makronun “amerikan üslubunda fransız nüvə çətiri” modelinin tətbiqinə qarşı olduğu vurğulanır, çünki “bu, artıq sayılardı”.


