Fransa digər Aİ ölkələrinə nisbətən Rusiya qazından daha az asılıdır - Makron
Fransa digər Avropa İttifaqı ölkələrinə nisbətən Rusiya qazından daha az asılıdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Aİ-nin Brüssel sammitindən sonra deyib.
O, mətbuat konfransında deyib: "Bu gün Rusiya qazı və neft məhsulları dünyanın üçüncü ölkələri vasitəsilə alınır. Ancaq Fransa nüvə enerjisi və alternativ mənbələrdən istifadə modeli sayəsində digər dövlətlərlə müqayisədə Rusiya qazından daha az asılıdır".
Makronun sözlərinə görə, Fransa Ukraynadakı münaqişə ərəfəsində Rusiya iqtisadiyyatını maliyyələşdirməyən və indi haradan gəlməsindən asılı olmayaraq, qazdan ən az asılı olan ölkədir.
Eyni zamanda Makron bildirib ki, Fransa nüvə enerjisi və alternativ elektrik enerjisi mənbələrini inkişaf etdirməyə davam edəcək.