Putin: Rusiya Fransa ilə əlaqələri bərpa etməyə hazırdır


Rusiya Fransanın müvafiq istəyi olarsa, onunla əlaqələri davam etdirməyə hazırdır.


“Vedomosti” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.

“Bizim kifayət qədər yaxşı, mehriban, işgüzar münasibətimiz var idi. Bildiyiniz kimi, mən Fransada olmuşam, cənab Makron Rusiyaya gəlib. Bizim ikitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı hər zaman məşğul gündəmimiz olub. Biz Fransa ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazırıq. Amma nə vaxtsa Fransa prezidenti bizimlə əlaqələri kəsdi. Biz dayanmadıq, mən dayanmadım. O dayandırdı. Əgər maraq varsa, hazırıq”, - Putin vurğulayıb.

Prezidentin sözlərinə görə, Rusiya Fransa ilə münasibətləri dayandıracaq, lakin Paris istəsə, münasibətləri bərpa edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu