Makron: İranın nüvə proqramına cavab hərbi yol olmamalıdır

Hərbi əməliyyatlar İranın nüvə proqramına düzgün cavab deyil.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
"İranın nüvə proqramı təhdiddir, biz bu məsələdə yumşaq ola bilmərik. Amma heç kim ciddi şəkildə inana bilmir ki, bu təhlükəyə hazırda davam edən hərbi əməliyyatlarla cavab vermək olar” - deyə o bildirib.
Makron vurğulayıb ki, İranda son dərəcə yaxşı qorunan obyektlər var. "Bu gün heç kim 60 faizə qədər zənginləşdirilmiş uranın harada olduğunu deyə bilməz. Bu proqrama nəzarəti bərpa etmək lazımdır - texniki ekspertiza və danışıqlar yolu ilə", - deyə o Fransa prezidenti qeyd edib.
O, həmçinin əlavə edib ki, enerji infrastrukturuna və mülki obyektlərə zərbələr harada həyata keçirilməsindən asılı olmayaraq qəbuledilməzdir.