Makron İsveçrədə Ukrayna sammitində iştirak edəcək
Fransa prezidenti Emmanuel Makron 15-16 iyunda İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak edəcək.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Yelisey sarayından verilən açıqlamada qeyd olunur ki, Fransa Ukraynaya təkcə uzunmüddətli hərbi deyil, həm də siyasi və diplomatik dəstək vermək niyyətindədir.