“Unibank”ın depozit portfeli kiçilib - HESABAT


“Unibank” ASC 2024-cü ilk rübü üzrə maliyyə hesabatını açıqlayıb.



Sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 588 mln 679 min manat təşkil edib. Bu isə 2023-cü ilin yekunu ilə müqayisədə 0,12% azdır.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 0,03% azalaraq 1 mlrd 47 mln 456 min manat olub.

DEPOZİT PORTFELİ AZALIB

2023-cü ilin son rübünün yekunları ilə müqayisədə bankın depozit portfeli 3,5% azalaraq 1 mlrd 173 mln 449 min manata enib. Bankın cəmi öhdəlikləri isə 0,3% azalaraq cari ilin martın 31-ə 1 mlrd 437 mln 878 min manat təşkil edib.

Səhmdar kapitalı 138 mln 200 mln manat, səhmin qiymətinin dəyişməsindən gəliri 484 min manat, bölüşdürülməmiş mənfəəti 489 min manat, ümumi ehtiyatları 11 mln 628 min manat olan “Unibank”ın cəmi kapitalı 150 mln 801 min manat təşkil edib. Bu isə ötən ilin yekunu ilə müqayisədə 1,3% çoxdur.

2023-cü ilin son rübünün yekununda bankın xalis faiz gəlirləri 35 mln 943 min manat, xalis qeyri-faiz xərcləri isə 19 mln 606 min manat təşkil edib. Əməliyyat mənfəəti 16 mln 337 min manat olan bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 8 mln 993 min manat ayırıb.

Nəticədə “Unibank” cari ilin ilk rübünü 7 mln 344 min manat xalis mənfəətlə başa vurub.

Ölkə.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu