“Azər Türk Bank”ın Mərkəzi Banka borcu artır


“Azər Türk Bank” ASC 2023-cü ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.


“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 995,536 mln manat təşkil edib. Bu isə 2022-ci ilin son rübü ilə müqayisədə 3,1% çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 39,1% artaraq 447,399 mln manat təşkil edib.

Bankın depozit portfeli isə 25,9% artaraq 484,586 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 1,7% artaraq ötən ilin dekabrın 31-nə 911,032 mln manat təşkil edib.

Mərkəzi Banka borcu artır

Bankın cəmi öhdəliklərinin tərkibində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri illik müqayisədə 20,5% artaraq 173,391 mln manat olub. Ötən ilin üçüncü rübü ilə müqayisədə is bu borc 2,3% artım nümayiş etdirib.

“Azər Türk Bank”ın cəmi kapitalı isə illik müqayisədə 22,2% artaraq 84,504 mln manata yüksəlib.

Ötən ilin dekabrın 31-nə bankın xalis faiz gəlirləri 42,572 mln manat, xalis qeyri-faiz xərcləri isə 19,284 mln manat təşkil edib. Əməliyyat mənfəəti 23,288 mln manat olan “Azər Türk Bank” mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5,408 mln manat ayırıb.

Mənfəətdədir

Mənfəətindən 3,839 mln manat vergi ödəyən bank 2023-cü ili 14,041 mln manat xalis mənfəətlə başa vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu