“Azər Türk Bank”ın Mərkəzi Banka borcu artır


“Azər Türk Bank” ASC 2023-cü ilin birinci rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.


Sözügedən dövrə bankın cəmi aktivləri 913,299 mln manat təşkil edib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 2 dəfə çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 50% artaraq 367,496 mln manat təşkil edib.

Bankın depozit portfeli isə 97% artaraq 396,145 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 2,2 dəfə artım nümayiş etdirərək cari ilin martın 31-nə 840,505 mln manat təşkil edib.

Mərkəzi Banka borcu artıb

Bankın cəmi öhdəliklərinin tərkibində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri illik müqayisədə 27% artaraq 146,169 mln manat olub.

“Azər Türk Bank”ın cəmi kapitalı isə illik müqayisədə 26,5% artaraq 72,794 mln manata yüksəlib.

Cari ilin martın 31-nə bankın xalis faiz gəlirləri 9,435 mln manat, xalis qeyri-faiz xərcləri isə 4,589 mln manat təşkil edib. Əməliyyat mənfəəti 4,846 mln manat olan “Azər Türk Bank” mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 966 min manat ayırıb. Qeyd edək ki, ötən ilin eyni dövründə bank ehtiyatlarını 330 min manat azaltmışdı. Bankın ehtiyatlara ayırmalarını artırması bankın risk ölçülü aktivlərinin çoxalmasından xəbər verir.

Mənfəətindən 800 min manat vergi ödəyən bank 2023-cü ilin ilk rübünü 3,079 mln manat xalis mənfəətlə başa vurub. (“Ölkə.Az”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu