Gənclərlə iş Gənclər Fonduna verilməlidir - Aqil Ələsgər


Bir neçə nazirliyi birləşdirib, bir nazirlik yaratma bir çox hallarda yaxşı nəticə vermir.


AFN.az xəbər verir ki, bunu "Yeniçağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib. O, qeyd edib ki, nazirin professiyası üzrə olan sahədə dinamika olsa da, digər sahələr köməkçi vəziyyətinə düşür ki, bu da bəzən digər sahələrdə xaosa gətirib çıxarır: "Bu baxımdan onsuz da alt ştatları azalmayan, sadəcə kağız-kuğuz işləri artan nazirlikləri "limçay etmə" əməliyyatındansa, mövcud bir neçə sahəyə baxan nazirliklərin bölünməsi daha məqsədəuyğundur. Hətta başlanğıcından bir neçə sahəni birləşdirən nazirıiklərə də bu baxımdan əl gəzdirilsə, yaxşı olar. Məsələn, gənclər və idman hər nə qədər eyni sahə kimi görünsə də, böyüyən və inkişaf edən Azərbaycanda hər iki sektorun ayrı dəyərləndirilməsinə, ayrı diqqət göstərilməsinə ehtiyac var.
Yaxşı olardı ki, elə Gənclər və İdman Nazirliyi də fəaliyyətini İdman Nazirliyi olaraq davam etdirsin, gənclər sektoru isə tamamilə Gənclər Fondunun ixtiyarına verilsin. Bəlkə də ilk başlarda bu iki sektoru birlikdə idarə etmək asan idi. Ancaq sektorlar inkişaf etdikcə, ikisinin birlikdə idarə olunması hardasa imkansız hala gəlib çıxıb. O baxımdan sektorların ayrılması hər iki sahədə fəaliyyət göstərənlərin xeyrinə olacaq, iş prossesində yaranan problemlər də minimuma endiriləcək və ya onlara nəzarət mexanizmi asanlaşacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu