Marina Ovsyannikova saxlanılıb - FOTOLAR


Rusiyanın “Birinci kanal”ının keçmiş redaktoru Marina Ovsyannikova saxlanılıb.


“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Ovsyannikova iyulun 17-si Moskva vilayətində evinin yaxınlığında polis tərəfindən saxlanılıb.

Hadisədən bir qədər sonra Ovsyannikova öz sosial şəbəkə hesablarında məsələ ilə bağlı paylaşım edib. Onun sözlərinə görə, ona qarşı Rusiya ordusunun fəaliyyətini gözdən salma maddəsi ilə ittiham irəli sürülüb. Buna səbəb isə rusiyalı jurnalistin bu yaxınlarda müsahibəsində səsləndirdiyi fikirlər olub.

Daha sonradan Ovsyannikova sərbəst buraxılıb. Ölkənin hüquq-mühafizə orqanları isə hələ ki məsələ barədə açıqlama verməyib.

Qeyd edək ki, Marina Ovsyannikova iyulun 15-i Ukraynada müharibədə həlak olan uşaqlarla bağlı Kreml yaxınlığında tək olaraq piket təşkil edib. Bu zaman o, saxlanılmayıb.

Xatırladaq ki, M. Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb. Onun barəsində iki cinayət işi açılıb: razılaşdırılmamış aksiya təşkil etmə və Rusiya ordusu haqda feyk yayma. Birinci işə görə jurnalist 30 min rubl (303 AZN) məbləğində cərimə edilib, ikinci işə görə isə o, həbs oluna bilər.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu