Moldova müxalifətinin lideri Kişinyovda saxlanılıb


Moldovanın müxalif "Şor" partiyasının sədr müavini Marina Tauber saxlanılıb.


AFN.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu öz feyzbuk səhifəsində məlumat yayıb.

"Bu səhər Marina Tauber İstanbul (Türkiyə) vasitəsilə Təl-Əvivə (İsrail) gedərkən Kişinyov Beynəlxalq Hava Limanında saxlanılıb", - deyə qurumun açıqlamasında bildirilir. Moldova müxalifətinin lideri partiyanın maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir.

Bundan əvvəl Tauber tanınmamış Pridnestroviya Moldova Respublikasında (PMR) təxribat törətməsi ilə bağlı dediklərinə görə prokurorluğa çağırıldığını bildirib. Partiya sədrinin müavini Mütəşəkkil Cinayətkarlığa və Xüsusi İşlərə Qarşı Mübarizə Baş Prokurorluğundan və İnformasiya və Təhlükəsizlik Xidmətindən (MXM) çağırış vərəqəsi alıb. Buna səbəb onun PMR ilə sərhədlər yaxınlığında Kişinyov tərəfindən hazırlandığı iddia edilən hərbi təxribat barədə açıqlamaları olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu