Moldova müxalifəti ölkə parlamentinin qarşısında piket keçirib


Moldovada Şor Partiyasının yüzlərlə tərəfdarı bir sıra digər müxalifət partiyaları və hərəkatlarının dəstəyi ilə parlamentin binası qarşısında piket keçirir.


AFN.az xəbər verir ki, Moldova parlamentində bu gün hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PSD) deputatları yeni hökuməti təsdiqləyəcəklər. TASS-ın hadisə yerindən verdiyi məlumata görə, orada olanlar parlamentin buraxılmasını, prezident Maya Sandunun istefasını, kommunal ödənişlərə görə kompensasiyanın artırılmasını tələb edirlər. Etirazçılar “Biz xalqıq”, “PDS-dən istefa edin”, “Hesablarımızı ödəyin” şüarları səsləndirirlər.
Moldovada hökumət qaz, işıq və istilik haqqının ödənilməsi xərclərini qismən kompensasiya edir. Müxalifət isə kompensasiyanın artırılması tələbi ilə imza toplamaq üçün “Xalq Uğrunda Hərəkat”da birləşib.

Etiraz aksiyaları ötən ilin yayında başlayıb və ölkənin müxtəlif bölgələrində keçirilib. Oktyabr ayında polis xüsusi təyinatlıları parlament və prezident administrasiyasının binaları arasındakı parkda yerləşən çadır şəhərciyi zorla dağıdıblar. Bir neçə müxalifət lideri, o cümlədən ölkənin eks-prezidenti İqor Dodon, Şor Partiyasının sədr müavini Marina Tauber, Moldova Respublikasının müxalif Sosialistlər Partiyasından olan deputatların təxminən yarısına qarşı cinayət işi açılıb.

Keçmiş baş nazir Natalya Qavrilitsa fevralın 10-da prezident administrasiyasında keçirdiyi görüşdən sonra istefa verdiyini açıqlayıb. Baş nazir istefanın səbəblərini açıqlamaqdan imtina etdi. Bundan iki saat sonra isə prezident Maya Sandu bu vəzifəyə təhlükəsizlik üzrə müşaviri Reçanın namizədliyini irəli sürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu