Moldovanın yeni baş naziri məlum oldu


Moldova parlamenti yeni hökuməti və onun rəhbərini seçib. Dorin Reçan baş nazir postunu tutub.


Aparıcı “Hərəkət və Həmrəylik” partiyasının 62 deputatı Reçanın kabinetinin təyinatı ilə bağlı qərarın lehinə səs verib. Ümumilikdə parlamentin tərkibinə 101 xalq nümayəndəsi daxildir. Müxalifət yeni hökumətin təyin olunmasını dəstəkləməyib.
Yeni hökumət 10 kişi və 7 qadından ibarət olacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin əvvəlki tərkibi ilə müqayisədə 17 vəzifədən yalnız dördündə dəyişiklik edilib.
Dorin Reçan diqqətini “Avropa Moldova 2023” layihəsinin davamına yönəldəcəyini qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu