Kişinyov hava limanında atışma terror aktı kimi tanınmayıb


Moldovanın Kişinyov Beynəlxalq Hava Limanında baş verən atışma terror aktı kimi tanınmayıb. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.


“Kişinyov hava limanında baş verən atışma terror aktı deyil, qətl ittihamı ilə cinayət işi açılıb”, - Moldovanın baş prokuroru vəzifəsini icra edən İon Muntyanu bildirib.

Hava limanında atəş açan şəxs Tacikistan vətəndaşı olub. Sonradan məlum olub ki, hadisəni törədən şəxsin adı Rüstəm Aşurovdur. Tacikistan Baş Prokurorluğunun məlumatına görə, o, Aİ ölkələrində istintaqdan gizlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu