Kabil hava limanında 5 nəfər ölüb


Bu gün Əfqanıstan paytaxtı Kabilin hava limanında çaxnaşma və atışma zamanı 5 nəfər həlak olub.


Bu barədə məlumatları hadisə şahidlərinə istinadən “Reuters” agentliyi yayıb.

Məlumata əsasən, Kabilin Həmid Qərzai beynəlxalq hava limanında şahidlərin biri cəsədlərin avtomobilə daşındığını görüb. Digər bir şahidin sözlərinə görə isə, bu insanların məhz hansı şəraitdə həlak olduğu ilə bağlı dəqiq məlumat yoxdur.

“Al Arabiya” telekanalı isə öz növbəsində hava limanında insident zamanı 4 nəfərin həlak olduğu və 13 nəfərin xəsarət aldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, "Taliban" radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər.

Hətta bir qrup insan paytaxtın yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu