Türkiyə və Ukrayna XİN başçılarının görüşü olub


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov şəhərində səfərdədir.


Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin XİN başçısı ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.

“Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimizi bir daha vurğuladıq. Savaşın bitməsi və daimi atəşkəsin təmin olunması üçün cəhdlərimiz davam edəcək”, - türkiyəli nazir tviterdə yazıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu