Türkiyə və Ukrayna XİN başçıları telefonla danışıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib. Mövlud Çavuşoğlu Türkiyənin Ukrayna-Rusiya müharibəsində mövqeyinin dəyişməz olduğunu bildirib.