Gürcüstanda 11 yaşlı azərbaycanlı qızı nişanladılar - Video


Gürcüstanın Poniçala (Soğanlı) kəndində yaşayan azərbaycanlı ailəsinin 2 azyaşlı övladının nişanlanması barədə sosial şəbəkələrdə xəbər yayılıb.



AFN xəbər verir ki, yayılan məlumatla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də feysbukda paylaşım edib. O qeyd edib ki, sözügedən kənddə 15 yaşlı dayıoğluyla 11 yaşlı bibiqızı nişanlanıb: “Bildiyim qədər, qızlarını bu yaşda “ərə” verib “xoşbəxt” etmək bu kəndin adətidir. Baxın və susun...”- deyə QHT sədri vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu