DİN Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib


Daxili İşlər Nazirliyi (DİN) Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub: "Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək" - deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, Qazaxda 17 yaşlı qızın qaçırılması barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün Facebook səhifəsində paylaşım edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu