Qazaxda 17 yaşlı qızı aldadıb qaçırdılar
Qazax rayonunda 17 yaşlı qız qaçırılıb.
AFN xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün feysbuk hesabında paylaşım edib.
O, bildirib ki, yeniyetmə qızın ailəsi iddiasına görə, polis onlara "gedin şirindillə, başlarını tovlayıb qızınızı geri alın" deyib.
Ailənin şikayətində qızın aldadılaraq qaçırıldığı iddia edilir.
Məsələ barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu barədə Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.