Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb


İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.


"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Qubadlı rayonu olub.

Aksiyada buradakı əsgərlərə ümumilikdə 3 mindən çox bağlama paylanılıb.

Hərbi qulluqçularımızla fərdi söhbətimizdə onlar qalib ordunun sıralarında xidmət etdiklərindən qürur duyduqlarını bildiriblər. Onlar belə məqamlarda əsgərlərimizi unutmayan xalqımızı, eyni zamanda onlara yardım edən təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu