İranda nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.
AFN.az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi açıqlama verib.
MAQATE rəhbəri qeyd edib ki, nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Agentlik rəhbərinin sözlərinə görə, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.
Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.