MAQATE Zaporojya AES-də təhlükəsizlik üçün zəruri olduğu müddətdə qalacaq


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri Zaporojya AES-də (ZNPP) stansiyanın nüvə təhlükəsizliyini təmin etmək üçün lazım olan müddətə qədər iştirak edəcəklər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi bildirib.

"Biz Zaporojya Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı dərin bilik və təcrübəmizlə öz texniki töhfəmizi verməyə və bu stansiya ilə bağlı gələcək razılaşmanın həyata keçirilməsinə dəstək verməyə hazırıq. Nüvə təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün lazım olan müddətdə orada olacağıq", - deyə Qrossi bildirib.

MAQATE Ukrayna nizamlanması çərçivəsində Zaporojya AES-dən istifadə perspektivlərinə dair mümkün sazişin həyata keçirilməsi üçün texniki dəstək verməyə hazır olduğunu bəyan edib.

“Zaporijya Atom Elektrik Stansiyasının Ukraynada hərbi münaqişə ilə bağlı davam edən danışıqlarda nəzərdən keçirilməsini görmək ümidvericidir və MAQATE bu səylərə öz texniki dəstəyini göstərməyə hazırdır”, - deyə agentliyin rəhbəri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu