Tayvanda 8 əsgər Çinin xeyrinə casusluq etdiyi üçün həbs cəzasına məhkum edilib
Çinlə suverenlik mübahisəsi olan Tayvanda aralarında həqiqi hərbi xidmətdə olan 8 hərbçi Pekinə casusluq etdiyi üçün həbs cəzasına məhkum edilib.
CNA-nın məlumatına görə, Tayvanda Çin adından casusluq şəbəkəsi yaratmaqda ittiham olunan təqaüdçü zabit Çen Yu-Hsin barəsində başlanan məhkəmə istintaqından sonra açılan iş yekunlaşıb.
Tayvan Ali Məhkəməsi 2023-cü ilin noyabrında açılan iş üzrə mühakimə olunan 10 əsgərdən 8-ni 18 aydan 13 ilə qədər həbs cəzasına məhkum edib.
Məhkəmə qərarında mühakimə olunan bir əsgəri təqsirsiz bilib, qaçan Çen haqqında isə hökm elan olunmayıb.
2022-ci ildə Çin adından casus şəbəkəsi qurmağa cəhd etməkdə şübhəli bilinən Çen haqqında başladılan istintaqda müttəhimin daha iki təqaüdçü zabiti ona kömək etməyə razı saldığı, biri zabit olmaqla 5 həqiqi hərbi qulluqçulardan rüşvət müqabilində hərbi sirləri sızdırdığı qeyd edilib.
Mənbə: AA