Yeni Kaledoniyada ölənlərin sayı 7-yə yüksəlib


Fransanın Hind-Sakit Okeandakı koloniyası Yeni Kaledoniyanın paytaxtı Numeadada Fransız təhlükəsizlik qüvvələrinin Fransa hökumətinin konstitusiya islahatları qanun layihəsinə qarşı çıxan müstəqillik tərəfdarlarına qarşı əməliyyatlar zamanı həlak olanların sayı 7-yə yükəslib.



Noumea Prokurorluğundan verilən açıqlamaya görə, 48 yaşlı bir nəfər polis gülləsinə tuş gəlib.

Prokurorluq saxlanılan polis əməkdaşına qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işinin açıldığını açıqlayıb.

Digər tərəfdən zorakılıq səbəbilə bir müddət ticari uçuşlara qapalı olan Noumea hava limanı mayın 28-dək bağlı qalacaq.

Bundan əlavə Yeni Kaledoniyanın Grande Terre şəhərində iyunun 17-dək təhsil dayandırılacaq.

Fransa Ali Komissiyası mayın 24-dən etibarən müstəqillik tərəfdarlarının qurduğu 100-dən çox barrikadanın qaldırıldığını açıqlayıb. Hadisələrlə bağlı 350-dən çox adamın saxlanıldığı, 98 polis və jandarmanın yaralandığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu