Slovakiyada ayı küçədə iki nəfəri yaraladı


Slovakiyada şəhərə girən ayı küçədə iki nəfəri yaralayıb.



Slovakiyanın Liptovski Mikulas şəhərinə enən ayı ətrafdakı insanlara hücum edib.

Ayı hücumunda 49 yaşlı qadın çiynindən, 72 yaşlı kişi isə başından yaralanıb. Xəbərdarlıq edən qruplar hərəkətə keçərək ayını tutaraq yenidən meşəyə buraxıblar.

Qeyd edək ki, Slovakiyanın Ətraf Mühit Nazirliyi, Rumıniya ilə birlikdə ayıların nəsli kəsilmək təhlükəsi olmadığı üçün ov üçün qorunan növlər siyahısından çıxarılması təklifini növbəti Avropa İttifaqının (Aİ) Ətraf Mühit Nazirləri Şurasına təqdim edəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu