Cənubi Afrikada buynuzları üçün 499 kərgədan məhv edilib
Nəsli kəsilmək təhlükəsi altında olan kərgədan növlərinin ən yaxşı qorunduğu ölkələrdən biri olan Cənubi Afrika Respublikasında ötən il 499 kərgədan qiymətli buynuzlarına görə brakonyerlər tərəfindən öldürülüb.
Cənubi Afrikanın Ətraf Mühit Naziri Barbara Kreysi verdiyi açıqlamada kərgədan növünün yaşamasını təmin etmək üçün görülən bütün tədbirlərə baxmayaraq, keçən il kərgədan brakonyerliyində artım olduğunu bildirib.
Kreysi 2023-cü ildə kərgədan məhvinin sayının əvvəlki ilə nisbətən 51 ədəd artaraq 499-a çatdığını qeyd edib.