Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 30-a çatıb


Yaponiyanın İşikava prefekturasında baş verən zəlzələ nəticəsində azı 30 nəfər ölüb.


Bu barədə NHK məlumat yayıb. Mənbə həmçinin Niiqata, Fukui, Toyama və Qifu prefekturalarında itkilər barədə xəbər verib.

Yaponiya Milli Meteorologiya İdarəsinin daha əvvəl bildirdiyi kimi, yanvarın 1-də ölkədə müxtəlif gücdə 30-dan çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu