ABŞ bu ölkədəki səfirliyini təxliyə edir


ABŞ Sudandakı səfirliyini təxliyə edir.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Sudanda qarşıdurmaların şiddətlənməsi ilə Xartumdakı səfirliyin mümkün boşaldılmasında xidmət etmək üçün bölgəyə qoşun yeridəcəyini açıqlayıb.

Pentaqonun sözçüsü polkovnik-leytenant Fil Ventura məsələ ilə bağlı açıqlamasında, “Müdafiə Nazirliyi ABŞ-nin Afrika Komandanlığı vasitəsilə Sudandakı vəziyyəti izləyir və müxtəlif gözlənilməz hadisələrə qarşı diqqətlə planlaşdırır. Bu kontekstdə ABŞ səfirliyinin əməkdaşlarının Sudanı təhlükəsiz tərk etməsini təmin etmək üçün lazım gəldikdə tədbir görmək üçün bölgədə əlavə imkanlar yaradılır”, - deyib.

Ventura təhlükəsizlik problemlərini əsas gətirərək, mümkün planlaşdırma və yerləşdirmə haqqında ətraflı məlumat verməkdən imtina etdi.

Qeyd olunur ki, ABŞ mediasına danışan bəzi mənbələr ABŞ-nin Cibutiyə qoşun yeritməyi planlaşdırdığını da irəli sürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu