ABŞ, Yaponiya və Cənubi Koreya birgə raket hücumundan müdafiə təliminə başlayıb


Bu gün ABŞ, Cənubi Koreya və Yaponiya hərbi dəniz qüvvələri Şərq dənizinin beynəlxalq sularında birgə raket hücumundan müdafiə təliminə başlayıb.


AFN.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb. Qeyd olunur ki, təlim KXDR-dən artan təhlükə fonunda keçirilir.

Təlimdə üç esmines iştirak edir: Cənubi Koreyanın "Yulgok Yi I", Amerikanın "USS Benfold" və Yaponiyanın "JS Atago". Onların hamısı raketlərin aşkarlanması və onların məhv edilməsi üçün vahid vasitələr şəbəkəsi olan Amerikanın "Aegis" sistemləri ilə təchiz olunub.

Təlim zamanı ölkələr hədəfin aşkarlanması və izlənilməsi və real vaxt rejimində məlumat mübadiləsi təcrübələrini həyata keçirəcəklər.

Xatırladaq ki, aprelin 16-da Cənubi Koreyanın sərhəd patrulu ölkənin dəniz sərhədini keçən Şimali Koreya gəmisinə xəbərdarlıq atəşi açıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu