Qazaxıstanda 13 ildən sonra ilk yaşandı


Qazaxıstanda 13 ildən sonra Respublika Günü qeyd edilməyə başlanılıb.



“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, sözügedən bayramın bərpası haqda qərarı ölkə Prezidenti Kasım-Jomart Tokayev qəbul edib.

Artıq Akorda qarşısında Dövlət Bayrağının ucaldılması mərasimi baş tutub. Dövlət başçısı mərasimdə iştirak edib.

Mərasim zamanı Fəxri qarovul rəisi Prezidentə raport verib.

Daha sonra Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib.

Bu tədbirlə cari ildən milli bayram statusu alan Respublika Gününün yenidən qeyd edilməsinə başlanılıb.

Dövlət Bayrağının ucaldılması mərasimi, həmçinin ölkənin bütün regionlarında keçiriləcək.

Qeyd edək ki, bu əlamətdar gün 2009-cu ildən qeyd olunmurdu və iş günü idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu