TƏBİB: Uşaqlara peyvəndlərin tətbiqi ilə bağlı tədqiqat aparılmayıb


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) uşaqlara Çin peyvəndlərinin tətbiqinin mümkün olub-olmamasına münasibət bildirib.



TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir:

"Çünki bu istiqamətdə hələ tədqiqat aparılmayib".

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinasiya mərhələli şəkildə həyata keçirilir. Fevralın 8-dən 65 yaşdan yuxarı və digər aidiyyəti üzrə çalışan şəxslərə vurulmasına başlanılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu