MHP: Şuşada inşa etdirəcəyimiz məktəblə bağlı Bakıda müzakirələr aparmışıq


“Yanvarın 29-da Bakıya gəldik, yanvarın 30-da Prezident Administrasiyasının nümayəndələri və təhsil naziri Emin bəylə Şuşadakı məktəblə bağlı müzakirələr apardıq”.



AFN xəbər verir ki, bunu Azərbaycana səfərə gələn Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Mövlud Karakaya bildirib.

“Bu gün bizi qəbul edən və layihəni dəstəkləyən, lazımi tapşırıqları verən, tez bir zamanda nəticə almaq istəyən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bizə yardımçı olan Prezidentin köməkçisi Hikmət Hacıyevə və təhsil naziri Emin bəyə də minnətdaram”, - o deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu