Qarabağda COVID-19-a yoluxanların sayı açıqlanıb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində koronavirus infeksiyasına yoluxanların rəsmi sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia“ məlumat yayıb.
Bildirilir ki, son olaraq 4 nəfərdə COVID-19 virusuna yoluxma qeydə alınıb.
Ümumilikdə Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 146 nəfər təşkil edir. Hələlik koronavirusdan ölüm faktı qeydə alınmayıb.