Rusiyada xəstəxanada baş verən yanğında 9 nəfər ölüb




Rusiyada Moskva vilayətinin Krasnaqorsk şəhərində yerləşən xəstəxanada yanğın hadisəsi baş verib.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb. Qeyd olunub ki, yanğında 9 nəfər vəfat edib.

Yanğınsöndürənlər hadisə yerinə gəlməzdən qabaq 11 nəfər binanı özləri tərk ediblər.

Bildirilib ki, özəl xəstəxana qeyri-qanuni fəaliyyət göstərib və heç bir sənədi olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu