Mumbayda xəstəxanada baş verən yanğında 6 nəfər ölüb

“Report” xəbər verir ki, bu barədə cümə günü “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Xilasedicilər və yanğınsöndürənlər yanan klinikadan ümumilikdə 76 xəstəni, o cümlədən süni nəfəs aparatına qoşulmuş 7 nəfəri evakuasiya edib. Onların hamısı başqa xəstəxanaya yerləşdirilib.
Koronavirusa yoluxanlar üçün xəstəxana ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşirdi. Yanğın isə mərkəzin birinci mərtəbəsindən başlayıb.
Hələlik yanğının səbəbi müəyyən edilməyib, araşdırma aparılır.