BNA rəsmisi: “Uşaq, əlil arabaları üçün avtobusda imkanlar olmalıdır”




"Yeni avtobuslar kartlaşma sisteminə, dispetçer xidmətinə zəruri olan avadanlıqların quraşdırılmasına imkan yaradır. Eyni zamanda bu avtobuslar əvvəlkilərdən həm xarici, həm də daxili tərtibatına görə fərqlənir".

Bu sözləri İctimai TV-də "Diqqət mərkəzi" verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.

"Bu avtobusların əvvəlkilərdən fərqli olan amillərindən biri də onların ekoloji cəhətdən çox təmiz olmasıdır. Yeni gətirilən avtobuslar təbii sıxılmış qazla işləyir. Bu, təhlükəli deyil. Bunu dünya praktikası da, tədqiqatçılar da, bizim ekspertlər də sübut edir. Həm də ictimai nəqliyyatdan havaya tullantılar buraxılmasını azaldır.

Digər məsələ yeni avtobuslarda əlçatanlığın olmasıdır. Köhnə avtobuslarda bu yoxdur. Yəni uşaq arabaları, əlil arabaları ilə daxil olmaq üçün avtobusda imkanlar olmalıdır", - deyə G.Rzayeva əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu