“Bosniya cəlladı” Ratko Mladiç öldü



Bosniya müharibəsində bosniyalı serblərin hərbi lideri kimi fəaliyyət göstərən və soyqırım cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilən “Bosniya cəlladı” ləqəbli Ratko Mladiç ölüb.

AFN.az xəbər verir ki, soyqırım törətmiş bosniyalı serb general Ratko Mladiç Haaqadakı Birləşmiş Millətlər Təşkilatının saxlanma mərkəzində ölüb.

Bosniya müharibəsi zamanı on minlərlə bosniyalı müsəlmanın qətlə yetirilməsində əsas rol oynayan Mladiç “Bosniya cəlladı” kimi tanınırdı.

Onun komandanlığı altındakı birliklər 1995-ci ildə Srebrenitsaya hücum edib

1992-1995-ci illər arasında Bosniyada gedən müharibə boyunca serb əsgərlərinə komandanlıq edib.

11 iyul 1995-ci ildə tabeliyindəki serb əsgərləri ilə Srebrenitsanı ələ keçirib.

Serb bayramı ərəfəsində Srebrenitsanı serb xalqına hədiyyə etdiklərini deyən Mladiç “Nəhayət, bu torpaqlarda türklərdən qisas almağın vaxtı gəlib çatıb” ifadəsini işlədib.

15 il ərzində qaçaq yaşayıb

“Bosniya cəlladı” müharibədən sonra gizlənib və təxminən 15 il gizli həyat sürüb. 26 may 2011-ci ildə Serbiyada yaxalanıb.

16 may 2012-ci ildə onun soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə qanunlarını pozmaq ittihamları ilə məhkəməsi başlayıb.

Məhkəmə prosesi 2017-ci ildə yekun qərarla başa çatıb.

10 ayrı cinayət üzrə təqsirli bilinən Mladiç ömürlük həbs cəzasına məhkum edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu