ABŞ qeyri-qanuni miqrantları tapmaq üçün tibbi sığorta məlumatlarından istifadə edir

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ilə Hökumətin Effektivliyi Departamenti (DOGE) qeyri-qanuni immiqrantları müəyyən etmək üçün sığorta proqramı məlumatlarından istifadə etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Amerika hakimiyyət orqanları "Medicaid" və "Medicare Services" mərkəzlərinin (sağlamlıq və tibbi sığorta proqramları) məlumat bazalarına çıxış əldə etmək istəyirlər. Sağlamlıq məlumatlarına əlavə olaraq, onlar xəstələrin və proqram istifadəçilərinin ünvanlarını ehtiva edir. Görünür, miqrasiya idarəsinə məhz bu məlumatlar lazımdır.
Qəzetə müsahibə verən ABŞ-ın indiki və keçmiş səhiyyə rəsmiləri ICE və DOGE-nin niyyətləri ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər və onların hərəkətlərinin qanuniliyinin şübhə altında olduğunu bildiriblər.