Musk: Qanunsuz miqrasiyanın asanlaşdırılmasına milyardlarla dollar xərclənib
ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə ehtiyacı olan amerikalılara kömək etmək üçün nəzərdə tutulan milyardlarla dollar qeyri-qanuni immiqrasiyanı asanlaşdırmaq üçün yönləndirilib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ hökumətinin səmərəliliyinin artırılmasına cavabdeh olan yeni DOGE-nin rəhbəri İlon Mask bildirib. "Bayden administrasiyası zamanında milyardlarla dollar qeyri-qanuni immiqrasiyaya kömək etmək üçün amerikalılara yardımdan yayındırıldı" - deyə o, X hesabında yazıb.
Maskın rəhbərlik etdiyi DOGE 2023-cü ildə ABŞ-a qeyri-qanuni immiqrasiyanın dəyərinin 150,7 milyard dollara çatdığını bildirib.