Maskın rəhbərlik edəcəyi DOGE məhkəməyə verilib


ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra milyarder İlon Maskın rəhbərlik edəcəyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) “Federal şəffaflıq qaydalarını” pozduğu səbəbilə “National Security Counselors” hüquq firması tərəfindən məhkəməyə verilib.


AFN.az “Washington Post”a istinadən xəbər verir ki, milyarder İlon Maskın idarə edəcəyi DOGE, Trampın and içməsindən qısa müddət sonra hüquqi maneələrlə üzləşib.

Milli Təhlükəsizlik Müşavirləri tərəfindən qaldırılan iddiada Konqres tərəfindən yaradılmayan, lakin hökumətlə əməkdaşlıq edəcək DOGE-nin "federal şəffaflıq qaydalarını" pozduğu iddia edilir.

İddianamədə DOGE-nin "Federal məsləhət komitəsi" sayılmaq üçün tələblərə cavab verdiyi və buna görə də "Federal məsləhət komitəsi qanunu"na tabe olması lazım olduğu qeyd edilib.

Sözügedən hüquq firması ilə yanaşı bir çox təşkilatın da oxşar səbəblərlə DOGE-yə qarşı iddianamələr təqdim etdiyi bildirilib.

“Federal məsləhət komitəsi aktına” görə, belə komitələr qanunla “ədalətli və balanslı” təmsilçiliyə malik olmalı, öz iclaslarının qeydlərini aparmalı, ictimaiyyətin iştirakına icazə verməli və Konqresə nizamnamə təqdim etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu