Twitter İlon Maskın dövründə dəyərinin yarısını itirib

İlon Maskın 44 milyard dollara aldığı Twitter-in dəyəri 20 milyard dollara düşüb. Mask 2022-ci ilin oktyabrında Twitter-i alarkən 44 milyard dollar ödəyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, İlon Mask əməkdaşlarına göndərdiyi xəbərdarlıqda firmanın dəyərinin 20 milyard dollar olduğunu bildirib. Bu isə o deməkdir ki, Twitter dəyərinin yarısını itirib. Buna səbəb Maskın Twitter-in rəhbərliyinə gəlməsindən sonra əsas reklamçıların platformanı tərk etməsidir. Bu proses gəlirlərin 40 faiz azalmasına səbəb olub.
Muskın şirkəti alması üçün mühüm maliyyə mənbəyi olan investisiya firması "Fidelity" səhmlərinin dəyərinin 56 faiz azaldığını açıqlayıb.
İş adamının elektron məktubunda milyarder iş adamının işdən çıxardığı yüksək səviyyəli şəxslərə şirkətin pulunun 4 aya tükənəcəyini yazdığı bildirilir. Mask Twitter işçilərinə 250 milyard dollar dəyərində olan “açıq, lakin çətin yol” təklif edir. O, öz metodu ilə şirkətin indiki səhm ianələrini gələcəkdə 10 qat daha dəyərli etməyi hədəfləyir. Bunun baş verməsi üçün səhmlərin dəyərini 10 dəfə artırmaq lazımdır. Bu çərçivədə Twitter öz işçilərinə hər 6 aydan bir səhm satmağa icazə verəcək.