Tramp Baydeni 37 məhbusun ölüm cəzasını dəyişdirdiyinə görə tənqid edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ administrasiyasının hazırkı rəhbəri Co Baydenin federal səviyyədə ölüm cəzasına məhkum edilmiş 37 məhbusun cəzasının yüngülləşdirilməsi qərarını kəskin tənqid edib.
AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Bu insanlar ən pis qatillərdəndir və Co Baydenin bu qərarı qurbanların, onların ailələrinin və yaxınlarının üzünə vurulan sillədir" - deyə Trampın keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çunun açıqlamasında bildirilir.
Mətndə qeyd edilir ki, Tramp qanunun aliliyinin tərəfdarıdır və siyasətçi rəsmi olaraq prezident kimi fəaliyyətə başlayanda bu qərar geri qayıdacaq.
Ağ Evin mətbuat xidməti Baydenin edamını gözləyən 40 nəfərdən 37-nin edam cəzasını azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs cəzası ilə əvəz etdiyini bildirib.