Pakistanda keçmiş baş nazir İmran Xana qarşı yeni iş açılıb


Ötən il paytaxt İslamabadda Pakistan Ordusu Mərkəzi Qərargahına qarşı etirazçılar tərəfindən törədilən zorakılıqlar çərçivəsində ölkənin hazırda həbsdə olan keçmiş baş naziri İmran Xana qarşı yeni iddia qaldırılıb.


Pakistan mətbuatında yer alan xəbərlərə görə, 2023-cü il avqustun 5-dən həbsdə olan keçmiş baş nazirə qarşı yeni işdə o, ötən il baş vermiş nümayişlər zamanı İslamabadda Pakistan Ordusu Mərkəzi Qərargahına qarşı zorakılıqlarda iştirak etməkdə ittiham olunur.

İş materiallarında İmran Xanın qurduğu Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) tərəfdarı olan yüzlərlə etirazçının ordu qərargahına hücum etdiyi bildirilir.

PTI isə ittihamları rədd edir və İmran Xan və daha 100 nəfər həbsdə olan partiya üzvünün günahsız olduğunu iddia edir.

Keçmiş baş nazir Xan Pakistan parlamentinin 2022-ci ildə etimad səsverməsi verməməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Xan korrupsiyadan tutmuş terrorizmə qədər çoxsaylı məhkəmə işlərinə görə 2023-cü il avqustun 5-dən həbsdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu