ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreyada
Şimali Koreya ilə sərhədyanı gərginliyin davam etdiyi bir vaxtda ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreyaya gəlib.
ABŞ-ın Virciniya sinifli nüvə sualtı qayığı "USS Vermont"un (SSN-792) təchizatını artırmaq üçün paytaxt Seuldan 320 kilometr cənub-şərqdə yerləşən Busan şəhərinə çatdığı açıqlanıb.
Bu barədə "Yonhap" Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat verib.
Açıqlamada Cənubi Koreyada ilk liman səfərini edən 7800 tonluq USS Vermont (SSN-792) gəmisinin Pusana çatmadan əvvəl bölgədə əməliyyatlar həyata keçirdiyi bildirilib.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ hərbçiləri arasında artan əlaqə Şimali Koreyanın raket atışlarını bərpa etdiyi Koreya yarımadasında davam edən gərginlik fonunda baş verir.
Mənbə: AA