Fransa Yeni Kaledoniyada mübahisəli seçki islahatları planını dayandırdı


Fransa prezidenti Makron Yeni Kaledoniyada mübahisəli seçki islahatları planını dayandırıb.



Yeni Kaledoniyada müstəqillik tərəfdarları Fransa hökumətinin yerli müstəqillik tərəfdarlarının gücünü qıracaq konstitusiya islahatları təşəbbüsünə qarşı çıxıblar.

Yeni Kaledoniyanın yerli xalqı olan Kanaks adanın 300 minlik əhalisinin təxminən 40 faizini təşkil edir.

Fransa hökuməti konstitusiya dəyişikliyi layihəsi ilə adada 25 mindən çox fransız seçicinin seçkilərdə səs verməsinin yolunu açmaq istəyirdi.

Adada 2018, 2020 və 2021-ci illərdə üç dəfə müstəqillik referendumları keçirilib, lakin müstəqillik tərəfdarları 50 faizə çata bilməyiblər.

Qarşıdurmalar zamanı 200-dən çox iş yeri və 50-dən çox avtomobil yandırılıb, 6 nəfər həyatını itirib.

Yeni Kaledoniyada artan zorakılıqdan sonra fövqəladə vəziyyət elan edilib.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu