İsrail əsgərləri daha 22 fələstinlini girov götürüb


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində son 24 saatda 22 fələstinlini nəzarətə götürüb.


Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İordan çayının qərb sahilinin Cenin, Hebron, Tulkərim, Ramallah, Qalkilya və Yerixo şəhərlərində son 24 saatda aralarında keçmiş məhbuslar, biri qadın və biri uşaq olmaqla 22 fələstinlinin nəzarətə alındığı qeyd edilib.

Məlumatda İsrail əsgərlərinin saxlanarkən fələstinlilərə qarşı zorakılıq tətbiq etdiyi, evlərini dağıtdığı iddia edilir.

Bildirilib ki, İsrail əsgərləri 2004-cü ildən İsrail həbsxanasında ömürlük həbs cəzası alan fələstinli məhbusun Hebrondakı evinə basqın edərək, onun 3 oğlunu döyərək həbs edib.

Açıqlamada 7 oktyabr 2023-cü il tarixindən etibarən nəzarətə alınan fələstinlilərin sayının 9 min 125-i keçdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu