"Tasnim": İran Yəməndəki husilərə gəmi əleyhinə raketlər göndərib


İranın "Təsnim" Xəbər Agentliyi rəsmi Tehranın Yəməndəki husilərə “Qədir” gəmi əleyhinə ballistik raket göndərdiyini açıqlayıb.


İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan agentliyin materialında bildirilir ki, İranın Kadir adlı gəmi əleyhinə ballistik raketi artıq Yəməndə qırıcıların istifadəsinə verilib.

Husilərin Qırmızı dənizdə İsrailə aid gəmilərə hücumlarına diqqət çəkən xəbərdə bu ifadələr yer alıb: "Bir vaxtlar amerikalıları İran sahillərindən uzaqlaşdırmağa müvəffəq olan raket indi ABŞ və onun regiondakı əsas müttəfiqi olan sionist rejimin maraqlarına ciddi şəkildə meydan oxuya biləcək silaha çevrilib”.

Yəməndə husiləri dəstəkləyən İran bu günə qədər bu qruplaşmanı silahlandırdığına dair iddiaları təsdiqləməyib.

Hələlik İrandan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu